Aşığın qalmaqallı videosu yayıldı

MAQAZİN
17:29 / 14.04.2021
2524

Aşıq Mübariz Camaloğlunun sosial şəbəkədə yayılan videosu tənqid atəşinə tutulub.

HİT.Az axsam.az-a istinadən xəbər verir ki, Rusiyada toy məclislərindən birinə qatılan musiqiçi sazla şou göstərib. O, bir nəfərin qucağına aldığı stolda oturaraq ifa etməyə başlayıb.

Mübarizin sözügedən görüntüləri qısa zamanda bütün sosial şəbəkələrdə yayımlanıb. Həm sənət adamları, həm də digər istifadəçilər onun bu hərəkətini tənqid edib, saz sənətinə hörmətsizlik adlandırıblar.

6