Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən alban məbədi artıq dağılmaq üzrədir.
Kult.az xəbər verir ki, bu barədə AMEA-nın əməkdaşı Anar Abtalıbov öz Feysbuk hesabında məlumat verib.
Alim Prezident Administrasiyasına, Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna, Şamaxı Rayon İcra Hakimiyyətinə və İTV-yə müraciət edib:
“Restavrasiyaya ehtiyacı olan tarixi abidəmizin məhv olmasına icazə verməyək”.