Azərbaycan Premyer Liqasının XXIII turunun "Səbail"lə səfər matçının 26-cı dəqiqəsində ciddi zədə alan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.
HİT.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan 27 yaşlı qolkiperə 25 tikiş qoyulub.
İlkin müayinədən sonra Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
Qeyd edək ki, "Səbail" - "Qarabağ" oyunu 1:1 hesabı ilə başa çatıb.