“WhatsApp” istifadəçilərinə ciddi XƏBƏRDARLIQ

TEXNO
13:40 / 17.04.2021
1659

“WhatsApp”ın 2.21.4.18-ə qədərki versiyalarında işləyən “Android” smartfon sahibləri haker hücumuna məruz qalma riski altındadır.

Bu barədə “Census IT Security Works”  şirkətinin mütəxəssisləri öz saytlarında xəbərdarlıq ediblər.

Bildirilir ki, hakerlər yazışmalara giriş əldə edərək istifadəçini izləyə, hətta aldatmaq məqsədi ilə dialoqa müdaxilə edə bilərlər.

Mütəxəssislər “Android”də bu versiyanın bütün istifadəçilərinə tətbiqi 2.21.4.18 və ya daha yüksək versiyaya qədər yenilənməsini tövsiyə ediblər.

2