Əməkdar artist Mətanət İsgəndərlinin ailəsi koronavirusa yoluxub.
Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb.
O bildirib ki, Bakıda olan valideynlərinin testi pozitiv olub:
“Nəslimizdə hamı koronavirusa yoluxub. Anam, atam və bacım da xəstədir. Özüm Moskvadayam, ürəyim onların yanındadır. Buradan onlara yardım edirəm. Hələ uzun müddət Bakıya qayıtmağı düşünmürəm”.