Hüseyn Abdullayev aclıq aksiyasını dayandırdı - Vəkilindən AÇIQLAMA

ÖLKƏ
18:26 / 19.04.2021
1177

Aprelin 12-dən aclıq aksiyası keçirən Hüseyn Abdullayev aksiyanı dayandırıb.

H. Abdullayevin vəkili Elçin Sadıqov Unikla.org-a onun aclıq aksiyasını dayandırmasının səbəbini açıqlayıb:

"Səhhətində ciddi problem yarandığından Hüseyn Abdullayev aprelin 18-dən aclıq aksiyasını dayandırıb".

Qeyd edək ki, 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Hüseyn Abdullayev ona verilən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına etiraz olaraq aprelin 12-dən aclıq aksiyasına başlamışdı.

2