İnsanları öldürən COVİD deyil, budur - Professorun şərhi

ÖLKƏ
13:20 / 22.04.2021
6396

"Son günlər apardığım müşahidələr məni dəhşətə  gətirir. İnsanlar dərin ruhi sarsıntı və psixi böhran içərisindədir. Tükənmiş, üzülmüş və ümüdsüz vəziyyətdədir. Ünsiyyətdə olduqlarımın gözlərindəki kədəri, ümüdsüz baxışlarını, sönmüş həyat eşqini görüncə, məni yalnız bir sual düşündürür: necə edim ki, həyatın əbədi, həyat enerjisinin tükənməz olduğunu bu insanlara başa salım, necə inandırım və bu həqiqəti onlara necə çatdırım ki, COVİD 19 yalnız ümidsizlikdən güc alır və yalnız bu halda amansız olur, qatilə çevrilir”. 

HİT.Az xəbər verir ki, bu sözləri professor Musa Qəniyev Azərbaycandakı pandemiya vəziyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxma və ölüm sayının artmasının səbəbi düzgün tibbi profilaktik tədbirlərin görülməməsi olub: 

"- Antiviral dərmanlar, antibiotiklər, xüsusən qlükokortikoidlər profilaktik məqsədlərlə qəbul edilməməlidir;

- insanlara əl tutun, onlara yardım edin, düzgün maarifləndirin ki, bu bəladan qurtuluş yolunu görə bilsinlər;

- tibbi xidmət fövqəladə iş rejiminə keçməlidir, COVİD 19 əleyhinə istər dərman vasitələri, istər testi dəstləri, "strateji məhsullar” elan olunsun və ölkə vətəndaşlarının bu vasitələrə çıxışı mütləq və təmənnasız şərtlər daxilində təmin olunsun; bu halda şəffaflığın təminatına nəzarət yalnız DTX-ya həvalə olunsun ki, heç kim insanların bugünkü faciəsi üzərində maddiyyat axtarmaq haqqında düşünməyə belə cəsarət etməsin;

- əks halın necə olacağını dəfələrlə söyləmişdim: "Bizi mart ayından başlayaraq, viral infeksiyaların kəskin və müalicəyə yatımsız artımı gözləyir...

Diqqət edin, mən COVİD 19-u deyil, ümumilikdə viral infeksiyaları nəzərdə tuturdum - bütün klinik əlamətləri COVİD-ə oxşar və praktik olaraq ondan fərqlənməyən infeksiyaları.

Bu, elmi məntiqə əsaslanan qəti fikrimdir ki, koronavirusun məlum altı serotipi bizimlə simbioz yaşadığından yuxarı tənəffüs yollarının kəskin katarı ilə müşahidə olunan istənilən viral infeksiya zamanı 4:1 nisbətində PZR testi müsbət olmalıdır. Lakin bu hal COVİD-ə yoluxma deyildir. Məsələn, bu məntiqə istinadən, Çin və Cənubi Koreyada PZR testi müsbət çıxmış şəxslərə fərdi gigienik qaydalara əməl olunması tövsiyə olunsa da, onlar COVİD 19-a yoluxmuş xəstələr kimi hətta qeydiyyata alınmır, COVİD-ə yoluxmuş xəstə hesab olunmurdular.

Odur ki, stresə düşüb, kiminsə məsləhətilə sistem vurdurmaq, əlinə keçən dərmanları qəbul etmək, KT etdirmək, sonda atipik pnevmoniya və modul tipli xəstəxana ilə yekunlaşır. Hələ mütəmadi olaraq KT elətdirib, yüksək dozada şüa almanın, yaxın illərdə bizi təqib edəcək müalicəolunmaz risk faktorlarını demirəm.

Əmin olun ki, COVİD 19 insanları öldürmür, yalnız yuxarıda söylədiklərimə əməl etməyənlərə qənim kəsilir. Yəni adi gigienik qaydalara riayət edin və normal həyatınızı yaşayın. Sizə bunu inandırmaq, sizi sakitləşdirmək, sarsıntı və stresdən qurtarmaq üçün viral infeksiyalarla bağlı 2 statistiik göstəricini misal çəkəcəm. Çünki istənilən infeksiyanın qorxu, stress, ümidsizlik və faciəyə səbəb kimi dəyərləndirilən yalnız 2 əsas göstəricisi olur: yoluxduruculuq qabiliyyəti (buna Ro indeksi deyilir) və letallıq (ölüm törətmə) əmsalı. Buyurun, digər infeksiyalarla müqayisədə hər 2 parametri müzakirənizə təqdim edirəm. Yəni mənim söylədiklərim nəyinsə xətrinə deyil, bunlar elmi həqiqətdir.

Virusların yoluxdurma sürəti (Ro indeksi)

Qızılca - 11-18

Su çiçəyi - 7-12
Parotit - 11-14
Mers-CoV - 3
COVİD 19 - 2-2,2
Ebola - 2
Donuz qripi - 1,5
Fəsli qrip - 1,3
Quş qripi - 1
Sars- CoV - 0,5

*- göstərilən rəqəmlər bir virusun yoluxdurduğu xəstə sayıdır.

Hansı virus daha çox öldürücüdür (letallıq əmsalı)
Ebola - 50%
Quş qripi - 39,3 %
Mers-CoV - 35%
Donuz qripi - 17,4%
Sars-CoV - 9,6%
COVİD 19 - 3,6%
Fəsli qrip - 0,1%
Qızılca - 0,004-0,28%
Parotit - 0,006%
Su çiçəyi - 0,0001%
*- 100 nəfərə düşən ölüm sayı

Göründüyü kimi, COVİD 19-un bir aktiv virus daşıyıcısı yalnız 2 nəfəri yoluxdura, hər 100 nəfərdən yalnız 3-4 nəfər-ə qədər insanı öldürə bilər. Bunlar da yuxarıda söylədiym şəxslər, xüsusən çox ağır yanaşı xəstəliyi olanlardır. Xüsusi narahatlığa bir də ona görə əsas yoxdur ki, karantinə alınan aktiv COVİD 19 xəstələrinin 84-87 %-də dərman müalicəsi ümumiyyətlə, tələb olunmur”.

Professor bildirib ki, insanlar pandemiyadan qorxmamalı və Ramazan ayında orucunu tutmalıdır: 

"Arzusunda olanlar orucunu tutsun, çünki müəyyən zaman daxilində ac qalmaq, mədə-bağırsaq traktına qan axınını azaltmaqla, Baş beyində al qan dolğunluğunu artırdığından, adrenergik proseslərin modulyasiyası fonunda, aqressiv faktorlara, o cümlədən bütün virus infeksiyalarına qarşı dözümlülüyü artırmaqla, immun fəallığın çox güclü stimulyasiyasını törədir. Yəni infeksiyaya yoluxmanın qarşısı nəzərəçarpacaq dərəcədə alınır”.

0