Rusiyada “İlin qadını” seçilən azərbaycanlı məşhur - FOTO

MƏDƏNİYYƏT
10:46 / 23.04.2021
1446

Yuliya Əhmədova Rusiya mədəniyyətinin məşhur simalarından biridir.

Rusiyalı komediya aktrisası, prodüser, "Şən və Hazırcavablar Klubu”nun (KVN) keçmiş üzvü və kapitanı, "Stand Up” televiziya şousunun iştirakçısı və yaradıcı prodüseri.

Yuliya 1982-ci il noyabrın 28-də Qırğızıstanın Kant şəhərində anadan olub. Atası Oqtay Əhmədov azərbaycanlıdır, hərbi pilot olub, anası isə ukraynalıdır. Yuliyanın özündən kiçik bir bacısı var. Anası evdar qadındır. Valideynləri bir neçə il əvvəl boşanıb.

Yuliya bir şəhərdə böyüməyib, bu da hərbçi atasının tez-tez iş yerini dəyişməsi ilə bağlıdır. Müsahibələrindən birində dediyinə görə, atası tez-tez təyinatla fərqli hərbi hissələrə göndərilib, bu səbəbdən də ailə yaşayış yerlərini dəyişməli olub. Buna görə də, bacılar 6-7 fərqli məktəbdə oxuyublar.

Yuliya 1999-cu ildə ali məktəbə daxil olmaq üçün Rusiyanın Voronej şəhərinə gəlib. Burada Voronej Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olub. Universitetin İnşaat və memarlıq fakültəsinin məzunudur.

Yuliya 2005-ci ildə Moskvaya köçüb. 2003-2012-ci illərdə 25-ci KVN komandasının kapitanı olub. Bir neçə dəfə Rusiyada "İlin KVN-çi qadını” adına layiq görülüb.

2008-ci ildə "Univer” adlı populyar televiziya serialının ssenari müəllifi olub. 2012-ci ildən "TNT” kanalında yayımlanan "Comedy Woman” televiziya şousunun müəllifidir. Şouda qonaq qismində 78 və 81-ci seriyalarda da yer alıb.

"Stand Up” verilişinin əvvəlindən bəri yeganə qadın iştirakçı və bu layihənin prodüseridir.

2020-ci ildə Rusiyanın "Glamour” jurnalının ənənəvi "İlin qadınları” mükafatının qaliblərindən biri də Yuliya Əhmədovadır.

0
Teleqraf.com