"WhatsApp"da gələn bu linklərə daxil olmayın - DİQQƏT

TEXNO
11:10 / 23.04.2021
1494

“Diqqət! Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olundu”.

HİT.Az-ın xəbərinə görə, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Məlumata görə, dələduzlar aşağıdakı tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır:

//azerdostavka.shop/tracks/1684209367

“Vətəndaşlara dələduz “alıcıların” əsasən xarici whatsapp nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur!” - açıqlamada qeyd olunub.

0