"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın oldu

MAQAZİN
11:34 / 23.04.2021
1518

Baş rollarında Ebru Şahin və Akın Akınözünün çəkildiyi "Hercai" serialında növbəti dəfə gərginlik yaşanıb.

HİT.Az xarici KİV-ə istinadla xəbər verir ki, Mahmud rolunu ifa edən Emrullah Omay dostları ilə birgə çəkiliş meydanına hücum edib və aktyorlara silah çəkib.

Hadisə baş verməzdən əvvəl Omay aktyorlardan onun dostları ilə şəkil çəkdirmələrini istəyib. Lakin həmin an gərgin çəkiliş prosesi getdiyindən həmkarları onun sözünü yerə salıb. Bundan sonra gərginlik yaşanıb.

Yaranan mübahisə zamanı bir adam döyülüb. Daha sonra hadisə yerli sakinlərin araya girməsi ilə səngiyib.

0