Xalq artisti koronavirusa yoluxdu: Vəziyyəti ağırdır 

MƏDƏNİYYƏT
10:22 / 26.04.2021
1943

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.

Bu barədə APA-ya onun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib:

“Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.

3