Arif Quliyevin ölüm xəbəri yalandır - TƏBİB

MƏDƏNİYYƏT
09:44 / 27.04.2021
1377

Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb.

“Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

Hətta Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə post paylaşaraq A. Quliyevin ailəsinə başsağlığı verib. Lakin o, bir müddət sonra yazdığı statusu silib.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlayıb. Bildirilib ki, Xalq artistinin dünyasını dəyişdiyi ilə bağlı məlumat əsassızdır. 

Qeyd edək ki, A.Quliyev 6 gün bundan əvvəl xəstəxanaya aparılaraq süni tənəffüs aparatına qoşulub.

0