Paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işləri davam etdirilir. Bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi R.Behbudov küçəsi 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün svetofor obyekti quraşdırılıb.
Bu barədə BNA-dan HİT.Az-a məlumat verilib. Bildirilib ki, nəticədə, təhlükəsizlik səviyyəsi artırılıb, hərəkət növbəliliyi təmin edilib və əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.