Yoluxma sayı azalır: Yumşalma ola bilərmi?

ÖLKƏ
09:16 / 28.04.2021
872

Ölkədə koronavirusa yolxumada rəqəmlər azalsa da, yumşalma barədə danışmaq hələ tezdir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib. Onun sözlərinə görə, rəqəmlər hələ də kifayət qədər az deyil: "Həm də bu barədə ehtiyac yanarsa, rəsmi qurumlar bu haqda məlumat verəcək".

V.Ağayeva ölkədə virusun yolxuma sürətinin və ölənlərin sayının çox olması barədə də danşıb: "Bəlli olduğu kimi, artıq Azərbaycanda da koronavirusun Britaniya ştammı aşkarlanıb və demək ki, yayılması da var. Bu səbəbdən də yoluxma sayı çox ola bilər. Ölənlərin sayının isə çox olması o səbəbdəndir ki, vətəndaşlar xəstəxanalara vəziyyətləri ağır olduqdan sonra müraciət edirlər".

0