Sosial şəbəkələrdə qayınanasının hamilə gəlinini döyməsi ilə bağlı görüntülər yayılıb.
Unikal.org-un məlumatına görə, hadisə Lənkəranın Yuxarı Nüvədi kəndində baş verib. Bildirilib ki, hər gün gəlin qaynanası tərəfindən şiddətə məruz qalır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.