Klinikadan Arif Quliyevin səhhəti ilə bağlı AÇIQLAMA

ÖLKƏ
10:49 / 29.04.2021
1132

“Arif Quliyev süni tənəffüs aparatındadır, intensiv müalicəsi davam edir”. 

Bunu APA-ya açıqlamasında “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O, aktyorun vəziyyətinin ağır stabil olduğunu bildirib.

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti bir neçə gün əvvəl "Yeni Klinika"ya yerləşdirilib.   

0