Britaniya ölkəyə milyonlar daşıyan azərbaycanlı ər-arvadı araşdırır

DÜNYA
09:37 / 25.05.2020
1669


Böyük Britaniyada adları gizli saxlanan ər-arvad tərəfindən "Azərbaycanın pulyuyan maşını” kimi tanınan sxemlə ölkəyə gətirilən azı 14 milyon funt sterlinq (17 milyon dollar) çirkli pulla bağlı məhkəmə keçirilib.

HİT.Az-ın Yeniavaz-a istinadən xəbərinə görə, bu barədə Britaniyanın "Evening Standard” qəzeti yazıb.

İddia olunur ki, məhkəmə cütlüyün 10-a yaxın bank hesablarını dondurub. Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üçün Azərbaycan hökumətinə sorğu verib.

Məlumatda bildirilir ki, ər-arvadın adları növbəti məhkəmədə açıqlanacaq.

0