Tanınmış müğənni pandemiya vaxtı məclislərə getdiyini etiraf etdi

MAQAZİN
18:26 / 29.04.2021
1399

Müğənni Elton Hüseynəliyev pandemiya olsa da evdə keçirilən məclislərə dəvət aldığını deyib.

HİT.az xəbər verir ki, müğənni ötən gün Xəzər telekanlaında “Səhər Mərkəzi” proqramına qonaq olarkən bu barədə açıqlama verib. O qeyd edib ki, evdə keçirilən məclislərdə iştirak edir:

“Arada işlər olur, gedirik. Evdə keçirilən məclislərə qatılırıq. Orada böyük ansambl yoxdur, canlı oxuyuruq. 15 nəfərlik ansambldan 3 nəfərə düşmüşük”.

Xatırladaq ki, pandemiya ilə əlaqədar Azərbaycanda toyların, ad günü tədbirlərinin keçirilməsi qanunla qadağandır. 

0