Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa GƏLDİ

DÜNYA
20:15 / 29.04.2021
969

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.

HİT.az TASS-a istinadən xəbər verir ki, razılığa əsasən, bu gün yerli vaxtla saat 20.00-dan atəşkəs qüvvəyə minməlidir.

Razılaşmaya görə, hər iki tərəfdən silahlı qüvvələr əvvəlki yerlərinə qayıdacaq.

Tərəflər ərazidə monitorinq aparılması barədə də razılığa gəlib.

0