Vəzifəli şəxs ağır qəzaya düşdü

ÖLKƏ
10:18 / 30.04.2021
1766

ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev qəzaya düşüb.

HİT.Az xəbər verir ki, bu barədə o özü məlumat paylaşıb.

"Artıq 3-cü gündür ki, zənglərinizə, mesajlarınıza cavab verə bilmirəm. 28 aprel tarixində ağır bir qəzadan yüngül xəsarətlərlə qurtuldum.  Müalicə, sağlamlığıma qovuşmaq üçün hələ bir müddət lazım olacaq. Məni üzrlü saymağınızı xahiş edirəm" , - deyə o qeyd edib.

0