Alimpaşa Məmmədovun maralları üzə çıxdı - VİDEO

ÖLKƏ
16:30 / 30.04.2021
1096

DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral saxladığı məlum olub.

HİT.Az Real TV-yə istinadən xəbər verir ki, A.Məmmədov başçı təyin edildikdən bir qədər sonra bu təsərrüfatı yaradıb. Sabiq başçı rayonda maral sevgisi ilə tanınıb.

Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir.

Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.

 

0