Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Moskvada görüşüblər.
"Sputnik Armenia” xəbər verir ki, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib.
Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.
Bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər./
APA