30 yaşlı prokurorluq əməkdaşı koronavirusdan öldü

ÖLKƏ
20:38 / 30.04.2021
1795

Azərbaycanda prokurorluq əməkdaşı vəfat edib.

Cəlilabad Rayon Prokurorluğunun əməkdaşı Babayev Ramin İlham oğlu koronavirusdan dünyasını dəyişib.

Məlumata görə, o, bir müddət əvvəl koronavirusa yoluxub və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb.

Qeyd edək ki, Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü R.Babayev Cəlilabad Rayon Prokurorluğunda dəftərxana müdiri kimi çalışırdı.

2
Report