ABŞ XİN Baydenin “erməni soyqırımı” açıqlamasını şərh etdi

SİYASƏT
21:05 / 30.04.2021
970

“ABŞ Prezidenti Co Baydenin 24 aprel “erməni soyqırımı” açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır”.

Hit.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyindən “Anadolu” agentliyinə bildirilib.  

“Prezidentin son açıqlaması ABŞ məhkəmələrinin mülki mühakiməsi qarşısındakı Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımırdı, bu vəziyyət Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənməkdədir”, - ABŞ XİN-dən qeyd edilib.

0