“Lill” klubunun hücumçusu Burak Yılmaz gələn mövsümdən yenidən vətəni Türkiyədə çıxış edəcək.
HİT.az-ın məlumatına görə, bu iddia ilə yerli mətbuat çıxış edib.
Bildirilib ki, “Lill”də möhtəşəm mövsüm keçirən 35 yaşlı forvard yayda Fransanı birdəfəlik tərk edəcək. Buna səbəb kimi, Burakın “Fənərbaxça” ilə anlaşması göstərilib. Komandası ilə Fransa çempionluğuna yaxın olan Türkiyə millisinin üzvünün daha yüksək məvacib təklifi edən sabiq klubu “Fənərbaxça” ilə ortaq məxrəcə gəldiyi vurğulanıb.
Qeyd edək ki, bu mövsüm Liqa1-də 12 qola imza atan Burak Yılmazın “Lill” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. O, 2008-09-cu illərdə “Fənərbaxça”nın formasını geyinib.