Daha bir universitet müəllimi koronavirusdan (COVID-19) vəfat edib.
HİT.Az xəbər verir ki, Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, B.Qasımov 1951-ci ildə Ağdamda anadan olub.
O, 2016-cı ildən Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri vəzifəsində çalışıb.