Prezidentdən oğlu şəhid olan Xalq artisti ilə bağlı SƏRƏNCAM

ÖLKƏ
20:34 / 07.05.2021
2586

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, Prezidentin fərdi təqaüdünə layiq görülən mədəniyyət xadimləri arasında Xalq artisti Əli Nur (Nurzadə Əli Qayıb oğlu) da var.

Qeyd edək ki, tanınmış aktyor Əli Nur şəhid atasıdır. Onun oğlu baş leytenant Rövşən Nurzadə Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlib.

0