COVID-19 virusuna yoluxan Hacıqabul rayonunun Qarasu qəsəbə sakini, 1979-cu il təvəllüdlü Abasov Rahim Şirzad oğlu karantin zamanı özünütəcrid rejimini pozaraq yaşayış yerini tərk edib.
Hit.az-ın APA-ya istinadən məlumatına görə, həmin şəxs polis tərəfindən saxlanılaraq evinə qaytarılıb.
Onunla profilaktik söhbətlər aparılıb. Faktla bağlı şəxs barəsində CM-nin 139-1.1 maddəsi ilə cinayət işi açılıb