Anna Halprin - 92 yaşı var. Bu qadın tarixdə "Tanrı ilə rəqs edən qadın" kimi qalıb.
51 yaşında həkimlər ona bağırsaq xərçənginin ağır dərəcəsi diaqnozunu qoymuşdular. Ölümü gözləməkdən başqa yol yox idi.
Qadın təslim olmadı. O, xəstəliyi ilə rəqs etdi, rəqsinin gücü ilə özünü müalicəyə başladı. Və o gündən bu vaxta kimi sağdır, 40 ildir ki, rəqs metodikası ilə digər xəstələri sağalmağa ruhlandırır, insanları xilas edir. İndi o incəsənət naminə yox, sağalmaq üçün rəqs edir.
Hit.az medicina.az-a istinadən Annanın rəqslə müalicə metodikasını təqdim edir. Əgər kimsə istəsə, təkcə xərçəng xəstəliyində yox, digər problemlərdə də bunu sınaya bilər.
Anna əmin edir ki, burda qeyri-adi heç bir möcüzə yoxdur. "Orqanizmin özünü müalicə, bərpa etmə sistemini işə salmaq lazımdır. Hər hüceyrə özünü müdafiə edə bilər".
Mən bu mexanizmin açarını rəqs etməklə tapdım. Bu sadəcə gözəl rəqs deyil. Kənardan insana bu adamın başına hava gəlib kimi görünə bilər. Burda insan hiss etdiyini, bütün daxili emosiyalarını, xəstəliyini əl-ayaq, bədən hərəkətləri ilə əks etdirməlidir.
Anna diaqnozunu öyrənən kimi belə edib: böyük bir kətanda və ya kağızda da ola bilər, rənglərlə xərçəng şişini necə təsəvvür edirsə, elə də çəkir. Bu böyük abstrakt, qəribə bi ləkə kimi alınıb.
İlk baxışdan bu rəqs qorxulu görünürdü, O sanki qıvrılır, sonra yerində bükülür, sonra uçur,hətta qarnını tutub sıxırdı. Amma dostları onu dəstəklədi. Bu rəqs bir növ şaman rəqslərinə bənzəyirdi.
"Mən uşaqlıqda ailəmizdə nənəm və dayımın dini ayin və dualar zamanı bədənlərini sağa-sola yellədiklərini görürdüm. Onlar sanki transda idilər. Dua gücləndikdə yırğalanma güclənirdi. O zaman anladım ki, Tanrıya üz tutanda bədən dilə gəlməlidir. Ən böyük rəqs ustası elə Tanrıdır".
Bu rəqslər cəmi 6 ay ərzində qadını sağaldır. İndi o yaşamaq üçün rəqs edir və digər xəstələrə də rəqslə kömək edir.
Onun özünəməxsus metodikasında şüuraltı, düşüncə və fiziki bədən arasında dərin bağlantı qurur.
O, tələbələrinə məsləhət görür ki, öz qorxu, həyəcan, xəstəliklərini kağızda çəkib, onu göz önündən asıb, qarşısında o şəklin verdiyi hisslərə görə bədənlərini hərəkət edib, rəqs etsinlər.
Bədəninizə qulaq asın, o necə istəsə elə hərəkətlər edin. Bu zaman bədənin gizli resursu işə düşüb, özü-özünü müalicə edəcək.
Hazırda 93 yaşlı Anna həftədə 3 dəfə seminarlar və rəqs kursları təşkil edir.