Xalq artisti Şuşaya çatan kimi torpağı öpdü - FOTOLAR

ÖLKƏ
17:40 / 14.05.2021
1035

Xalq artisti Firəngiz Mütəllimova uzun illərdən sonra işğaldan azad edilən Şuşa şəhərində olub. 

HİT.az xəbər verir ki, aktrisanın doğma yurduna səfəri onu təsirləndirib. 

Belə ki, Firəngiz Mütəllimova Şuşaya ayaq basarkən başını yerə qoyub torpağı öpüb.

Xalq artisti Şuşa çəhərində keçirdiyi hissləri "İnstagram" hesabında paylaşıb: "Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum, canım Şuşam".

Qeyd edək ki, Firəngiz Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən şuşalıdır. 

0