Anası Ronaldunu bu kluba aparır - Sürpriz transfer

İDMAN
17:53 / 14.05.2021
1501

Kriştianu Ronaldu gələn mövsüm karyerasını yetirməsi olduğu Portuqaliyanın "Sportinq" klubunda davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə ulduz futbolçunun anası Dolores Aveyro açıqlama verib. "Sportinq" azarkeşlərinin çempionluq tədbirinə qatılan Ronaldunun anası belə açıqlama ilə çıxış edib:

"Kriştianu ilə danışacam və gələn mövsüm "Sportinq"ə dönməsi üçün razı salmağa çalışacam. Gələn il "Alvalade" stadionunda "Sportinq" forması ilə çıxış edəcək".

Qeyd edək ki, Ronaldu 18 yaşında - 2003-cü ildə "Sportinq"dən "Mançester Yunayted"ə transfer olunub. İngiltərə klubu 6 il sonra onu həmin vaxt üçün rekord məbləğə - 94 milyon avroya "Real"a satıb. Portuqaliyalı ulduz 2018-ci ildə 117 milyon avro qarşılığında "Yuventus"a transfer olunub.

0