"Kral ailəsinin bir hissəsi olmaq istəmirdim" - Harri

DÜNYA
21:58 / 14.05.2021
1079

İngiltərə şahzadəsi Harri verilişlərin birində etdiyi açıqlaması ilə gündəmə gəlib.

HİT.az xəbər verir ki, o, aktyor Daks Şepardın aparıcılıq etdiyi proqramda 20 yaşı olarkən kral ailəsindən ayrılmaq və kral vəzifələrini yerinə yetirməkdən imtina etmək barədə düşündüyünü etiraf edib:

"20 yaşım olanda mən ilk dəfə bunları istəmədiyimi düşündüm. Mən kral ailəsinin bir hissəsi olmaq və vəzifələrimi yerinə yetirmək istəmirdim. Bu vəziyyətin anamı nəyə gətirdiyinə baxın. Mən bu iş modelini bilirəm. Onun necə işlədiyini gördüm və bundan çox yoruldum".

O, həmçinin kral ailəsinin həyatının insanlar və kameraların qarşısında olduğunu da qeyd edib.

0