İntihar edən filial müdiri 11 yaşlı oğlunu itiribmiş - FOTO/YENİLƏNİB

İQTİSADİYYAT
15:52 / 17.05.2021
2366

Xəbər verdiyimiz kimi,  bu gün “Kapital Bank”ın filial müdiri  Mahir Sultanov intihar edib.

Unikal.org-un əldə  etdiyi  məlumata görə, mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib.  Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib. Azyaşlı oğlunun ölümü ilə  o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub.

14:33

"Kapital Bank”ın filial müdiri intihar edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.

O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Azxeber.com-a açıqlamasında yayılan məlumatı təsdiqləyib: 

"Bu xəbəri təəssüf hissi ilə təsdiq edirik ki, "Kapital Bank"ın Xəzər rayon filialının müdiri Mahir Sultanov intihar edib. İntiharın səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır".

0