Bu gün Bakıda evlənən cütlük nikah şəhadətnaməsini itirib.
Unikal.org xəbər verir ki, bu barədə Nigar Cəfər adlı sosial şəbəkə istifadəçisi məlumat paylaşıb.
Onun sözlərinə görə, 1996-cı il təvəllüdlü Quliyev Azər Xəqani oğlu və 1998-ci il təvəllüdlü Salamova Gülnaz Ağaməmməd qızının evliliyini təsdiqləyən nikah şəhadətnaməsi bu gün paytaxtın "Nargilə" adlanan ərazisində tapılıb.