Əcnəbilərin yaşaması və işləməsi üçün ölkələrin reytinqi açıqlandı

DÜNYA
21:07 / 18.05.2021
3240

“İnter Nations” qürbətçilər təşkilatı əcnəbilərin yaşaması və çalışması baxımından ölkələrin “Expat İnsider 2021” reytinqini açıqlayıb.

“Report” xəbər verir ki, bu il 59 ölkənin nəzərə alındığı reytinqə Tayvan (China Republic; Chinese Taipei), Meksika, Kosta Rika başçılıq edir.

Üçüncü dəfədir birinci yeri tutan Tayvanda qürbətçilər iş təhlükəsizliyindən (83 faiz; dünya üzrə 61 faiz), iqtisadiyyatın ümumi vəziyyətindən (85 faiz; dünya üzrə 62 faiz), iş yerindən (75 faiz; dünya üzrə 62 faiz), ümumilikdə həyatdan (80 faiz; dünya üzrə 75 faiz), səhiyyə xidmətindən (96 faiz; dünya üzrə 71 faiz) və asan əldə olunmasından (94 faiz; 61 faiz) razıdırlar.

Meksikada isə qürbətçilər yerləşmə asanlığından (85 faiz; dünya üzrə 62 faiz), dost tapmaq asanlığından (78 faiz; dünya üzrə 44 faiz), maliyyə vəziyyətindən (80 faiz; dünya üzrə 64 faiz), gəlirin həyat ehtiyaclarını ödəməsindən (90 faiz; dünya üzrə 77 faiz), ümumilikdə həyatdan (89 faiz; dünya üzrə 75 faiz) razıdırlar. Bununla yanaşı, 27 faiz su və təmizlik infrastrukturundan (dünya üzrə 12 faiz), 29 faiz isə şəxsi təhlükəsizlikdən (dünya üzrə 8 faiz) narazıdırlar.

Kosta Rikada qürbətçilərin 91 faizi (dünya üzrə 69 faizi) yerli sakinlərin ümumən mehriban olduğu, o cümlədən 87 faizi (dünya üzrə 67 faiz) məhz əcnəbilərə qarşı mehriban olduğu, 70 faizi yerli əhalidən dost tapmağın asan olduğu, 82 faizi (dünya üzrə 65 faiz) yerli mədəniyyətdən bəhrələnməyin asan olduğu qənaətindədir, 80 faizi (dünya üzrə 63 faiz) özlərini evdəki kimi hiss edir, 88 faizi həyatlarından, 96 faizi ətraf mühitdən, 91 faizi isə havanın keyfiyyətindən məmnundur. Bununla belə, ölkə səyahət və nəqliyyat sistemi baxımından ürəkaçan sayılmır.

Eyni zamanda, reytinqin ən aşağı ölkələri Küveyt (59-cu yer), İtaliya (58-ci yer), Cənubi Afrika Respublikasıdır (57-ci yer).

0