Güləşçimiz Avropa çempionu oldu - VİDEO

İDMAN
22:55 / 18.05.2021
1560

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.

HİT.az xəbər verir ki, 70 kq-da çıxış edən sərbəst güləşçi Cəbrayıl Hacıyev qızıl medala sahib olub.

O, Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Moldova güləşçisi ilə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

0