“Araz” supermarket vaxtı ötmüş məhsulların satılmasına görə cərimələndi

İQTİSADİYYAT
17:20 / 19.05.2021
1144

“Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.

“Report”un məlumatına görə, protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Vüqar Məmmədovun icraatındadır.

MMC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci (saxlama müddəti ötmüş məhsulların satılmasına görə) maddəsi ilə tərtib olunub.

0