Rusiya prezidenti Vladimir Putin onun ölkəsindən nəsə qoparmaq istəyənlərinin “dişini sındıracaqlarını” deyib. “Hamı bizdən nəsə qoparmaq, dişləmək istəyir, lakin onlar bilməlidir ki, biz onların dişlərini sındıracağıq, dişləyə bilməsinlər deyə”,-Putin “Qələbə” təşkilat komitəsinin videokonfrans rejimində keçirilən iclasında çıxışı zamanı deyib.
O, bəzi siyasətçilərin Sibirin sərvətlərinin ədalətsiz olaraq Rusiyaya məxsus olması haqda söhbətlərini misal gətirib. Putin əmin edib ki, Rusiya ərazisinə göz dikmək cəhdlərinin heç biri cavabsız qalmayacaq. O, ölkəni qorumaq və gücləndirmək üçün hər şeyi edəcəyini deyib, bildirib ki, Rusiya dünyada ən güclü nüvə qüvvələrinə malik ölkədir.
Virtualaz.org