Rusiyada "Uşaqlar üçün Azərbaycan dili" kitabı işıq üzü gördü

MƏDƏNİYYƏT
17:03 / 21.05.2021
1448

Rusiyanın Sankt-Peterburq şəhərində Şahnaz Kamal və Gülşən Həbibovanın birgə hazırladıqları “Uşaqlar üçün Azərbaycan dili” kitabı işıq üzü görüb.

Bu barədə HİT.Az-a kitabın həmmüəllifi Şahnaz Kamal məlumat verib.

Onun sözlərinə görə, 6-7 yaş qrupu üçün yazılmış bu kitabın köməyi ilə uşaqlar müstəqil olaraq əlifbanı, oxumağı öyrənə bilərlər: "Kitab xüsusi müəllif metodu ilə hazırlanıb. Belə ki, hərflər əlifba sırası ilə yanaşı, qavranılması və yadda saxlanılması daha rahat xüsusi sıra ilə də işlənilib.

Kitabda “ailə”, “ev”, "oyuncaqlar”, “geyim”, heyvanlar”, “meyvələr”, tərəvəzlər”, “fəsillər”, "həftənin günləri”, “məktəb ləvazimatları” və s. mövzular uyğun şəkillərlə adları göstərilib".

Kitabda Azərbaycan klassik ədəbiyyatından uşaqlar üçün yazılmış şeirlər, Azərbaycan xalq nağılları və müasir Azərbaycan yazıçısı Şahnaz Kamalın uşaqlar üçün yazdığı müasir nağıllar da yer alıb.

Ümid edirik ki, bu kitabın köməyi ilə doğma Azərbaycan dilini öyrənmək istəyən rusdilli uşaqlar böyük  zövqlə ilk addımlarını atacaqlar.

0