Cenevrədə keçirilən görüş Kiprin gələcəyi üçün əhəmiyyətli dönüş nöqtəsi oldu.
HİT.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoöan deyib.
O bildirib ki, yeni danışıqlar prosesi iki icma arasında deyil, iki dövlət arasında aparılmalıdır:
“Bu danışıqlarda iki dövlətin necə əməkdaşlıq edə biləcəyi müəyyənləşdirilməlidir. Bunun üçün əvvəlcə Kipr türkünün suveren bərabərliyi ilə bağlı statusu təsdiqlənməlidir. İki dövlətli həll variantını rədd etmək, Kiprin türk xalqının müstəqilliyini rədd etmək deməkdir”.