"Eurovision"da bayrağımıza hörmətsizlik edən xarici rəqqas üzr istədi

MƏDƏNİYYƏT
23:57 / 22.05.2021
2181

"Eurovision" musiqi yarışmasının yarımfinalında diqqətsizlikdən bayrağımıza hörmətsizlik edən xarici rəqqas Azərbaycan ictimaiyyətindən üzr istəyib.

HİT.az xəbər verir ki, bu haqda İctimai Televiziyada məlumat verilib.

İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişinin aparıcısı Azər Aydəmir bu haqda canlı yayımda deyib: 

"Xarici rəqqas "Eurovision"un yarımfinalında yaşanan bayraq qalmaqalına görə Azərbaycan ictimaiyyətindən üzr istəyib".

0