İran ərazisində 160 erməni əsgər var? - Rəsmi açıqlama

SİYASƏT
13:32 / 23.05.2021
2323

İran İslam Respublikasının Yerevandakı səfirliyi İran ərazisində 160 erməni hərbi qulluqçusunun olması haqqında şayiələri təkzib edib.

“Report” xəbər verir ki, bu barədə İranın “Parstoday.com” saytı məlumat yayıb.

Sayt Ermənistan mətbuatında İranda 160 erməni hərbi qulluqçusunun olması barədə şayiələrə cavab olaraq İranın Yerevandakı səfirliyinin bəyanatını yayıb.

2