"Musiqili meyxana hər zaman olub, indi də olsun. Onu tamaşaçıların istədiyi kimi təqdim edirlər".
HİT.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi ev alqı-satqısı ilə məşğul olması xəbərlərinə aydınlıq gətirib:
"Dostlarımın yeri idi. Sadəcə, onun önündə şəkil çəkdirdim paylaşdım. Maklerlik etmirəm. Zarafatla yazmışdım ki, keçdim bu işə. Öz işimlə məşğulam. İş olanda olur, olmayanda olmur".