Bu bölgədə fermerlər üçün vəziyyət ağırlaşıb - VİDEO

İQTİSADİYYAT
21:25 / 25.05.2021
1254

Cəlilabadda fermerlər əziyyətlə becərdikləri kartofu satmaqda çətinlik çəkirlər.

"Report"un Muğan bürosunun məlumatına görə, məhsuldarlığın az olması, qiymətin ucuzluğu onları məyus edib.

Onlar deyir ki, məhsulun maya dəyəri, o cümlədən daşınma xərcini hesablayanda əkinçiyə qazanc qalmır. Fermerlər becərdikləri kartofu sata bilmir, ya da çox ucuz qiymətə satır:

“Bu da sərfəli deyil”.

Fermerlər deyir ki, bu mövsüm onsuz da suvarmada mövcud olan problemlər məhsuldarlığa ciddi təsir göstərib. Belə ki, məhsuldarlıq orta hesabla 40% aşağı düşüb. Qiymətlərin də ucuz olması əkinçinin işini lap çətinə salıb.

Onların sözlərinə görə istixana şəraitində yetişdirilən kartofun ilkin qiyməti 1,20 qəpikdən başlasa da, qiymətlər sürətlə aşağı düşüb.

Hazırda açıq sahələrdən toplanan məhsulun qiyməti 30-40 qəpik arasında dəyişir.

Fermerlər deyirlər ki, belə davam edərsə, kartof sahələrdə qalacaq. 

0