Bu ölkə yenidən tam qapanmaya gedir

DÜNYA
18:54 / 28.05.2021
1680
Malayziyada son bir həftədə koronavirusa yoluxmanın artmasına görə ölkə üzrə tam qapanmaya gediləcəyi açıqlanıb. Mayın 20-dən başlayan artım temdensiyası bu gün 8 mini ötüb. Buna görə də ölkədə küçəyə çıxma yasağı tətbiq olunacaq. Tam qapanma 1-14 iyun tarixlərini əhatə edəcək. Əsas xidmət sektorları istisna olmaqla, bütün sektorlar fəaliyyətini dayandıracaq. Bildirilib ki, ilk mərhələdə yoluxma sayında azalma müşahidə olunarsa, dörd həftə içərisində digər sektorlar mərhələli şəkildə açılacaq.
0
Qafqazinfo