Bakıda bəzi məktəblər distant tədrisə keçdi - YENİLƏNİB/SİYAHI

20:30 / 31.05.2021
1942

“Formula-1” Qran Prisi ilə əlaqədar distant tədrisə keçən məktəblərin siyahısı aşağıdakı kimidir:

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

2. Təhsil Nazirliyinin tabeliyindəki  T. İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Təhsil Nazirliyinin tabeliyindəki   İ.Əfəndiyev adına Elitar gimnaziya;

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

5. Bakı şəhəri 2 nömrəli texniki humanitar lisey;

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri 147 nömrəli Texniki Humanitar lisey;

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.

17:19

"Formula-1" Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkəti dayanan ərazilərdəki məktəblər distant təhsilə keçib.

Bunu APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Sosial həssas qrupdan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsinə dair müraciət qəbulu aktivləşdirilir
Onun sözlərinə görə, həmin məktəblər bu gündən distant tədrisə keçib: "Distant tədris iyunun 8-dək davam edəcək".

0