Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxıb.
HİT.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Belarusla qarşılaşıb. Minskdəki "Dinamo" stadionunda oynanılan matçda millimiz hesabda geridə olsa da, Oyunun əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə Ramil Şeydayevin vurduğu qolla qalib gəlib - 2:1. Yoldaşlıq oyununa azarkeşlər də buraxılıb.
Qeyd edək ki, millimiz bundan əvvəl Türkiyəyə 1:2 hesabı ilə uduzmuşdu. Komandamız iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.
2 iyun
20:00. Belarus - Azərbaycan - 1:2
Qollar: Maksim Skaviş, 56, - Bədavi Hüseynov, 73, Ramil Şeydayev, 90+1
Minsk, "Dinamo" stadionu