Bakıda az öncə başlayan Formula 2 yarışında ilk qəza baş verib.
“Trident” komandasının yaponiyalı pilotu Marino Sato 15-ci döngədə bolidinin təkərini maneəyə çırpıb.
Onun təkəri əyildiyindən, sərbəst yürüşə davam edə bilməyib.
Bundan başqa, “MP Motorsport” komandasının alman-alban-makedon əsilli pilotu Lirim Zendeli idarəetməni itirərək kənara çıxıb.
Həmçinin trekə təhlükəsizlik maşını da daxil olub.
Qeyd edək ki, Azərbaycan Qran Prisində bu gün Formula 1-in sərbəst yürüşü saat 12:30-da başlayacaq.
oxu.az