Kəlbəcərdə həlak olan jurnalistlərin nəşi Gəncəyə gətirildi FOTO/YENİLƏNİB

ÖLKƏ
21:16 / 04.06.2021
1267

Bu gün sabah saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində peşə borcunu yerinə yetirərkən mina partlaması nəticəsində həlak olan Azərbaycan Televizyasının operatoru Sirac Abışov və Azərtacın əməkdaşı Məhərrəm İbrahimovun nəşi "Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Gəncə şəhər Şöbəsində müayinə edildikdən sonra bir neçə saat sonra Bakı şəhərinə yola salınacaq.

HİT.az xəbər verir ki, həmçinin hadisə zamanı şəhid olan Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlunun nəşi  Göygöl rayonundakı evinə aparılacaq və sabah dəfn olunacaq.

Məlumat üçün bildirək ki, hazırda "Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Gəncə şəhər Şöbəsinin qarşısında şəhər İcra Hakimiyyəti rəsmiləri,Kəlbəcər rayon İcra Hakimiyyəti rəsmi və prokurorluq əməkdaşları gözləyir. Vəfat edən şəxslər bir neçə saat sonra Bakı şəhəri və Göygöl rayonuna aparılacaq

20:32

Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olan AzTV-nin əməkdaşı Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.

HİT.az xəbər verir ki, onların nəşi müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.

0