Cüdoçularımızın rəqibləri dəqiqləşdi – dünya çempionatında

İDMAN
20:59 / 05.06.2021
1830

İyunun 6-13-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.

Hit.az-ın məlumatına görə, yarışda iştirak edəcək Azərbaycan təmsilçilərinin rəqibləri bəlli olub.

Millimizi turnirdə 12 cüdoçu ilə təmsil edəcək. Onlardan doqquzu ilk, üçü ikinci mərhələdən yarışa başlayacaq.

Kişilər
60 kq
I mərhələ
Davud Məmmədsoy - Romarik Vend-Yam Buda (Fransa)
Kəramət Hüseynov - Mohammad Raşnonezad (İJF)

66 kq
I mərhələ
Orxan Səfərov – Naton Barns (İrlandiya)
Nicat Şıxəlizadə - Lusien Bors Dumitresku (Rumıniya)

73 kq
I mərhələ
Nurlan Osmanov – Tommy Maçias (İsveç)
Hidayət Heydərov -  Ayton Siquie (Mozambik)

81 kq
I mərhələ
Zelim Tskayev -  Terens Kouamba (Qabon)
II mərhələ
Murad Fətiyev – Elliott Konnoli (Yeni Zelandiya)

100 kq
II mərhələ
Elmar Qasımov – Boris Georgiyev (Bolqarıstan)

Qadınlar
48 kq
II mərhələ
Leyla Əliyeva – Sabina Gilyazova (RJF)
Aişə Qurbanlı – Julia Fiqueroa (İspaniya)

52 kq
I mərhələ
Gültac Məmmədliyeva – Tatyana Levitska Şukvani (Gürcüstan)
 

0